23 F E V R A L SOVET ORDUSUNUN YARANDIĞI GÜNDÜR .


24.02.2023



19 fevral 2023-cü il tarixdə AKP-nin Lənkəran rayon təşkilatının kommunistləri sovet ordusunun yaranmasının 105 illik yubleyi ilə əlaqədar tədbir keçirmişlər. Tədbirdə Lənkəran rayon təşkilatının  katibi Y.Q.Qafarov sovet ordusunun tarixi rolu haqqında məlumat vermişdir. O, çıxışında qeyd etmişdir ki, sovet ordusunun yaranmasına qədər və onun mövcud olduğu bütün zamanlarda, dünyanın heç bir ölkəsində belə bir qüdrətli, əzəmətli, sülhün və əmin-amanlığın keşiyində duran ordu olmamışdır. Bu ordu özünün əzəmətinin məhz, sovet xalqının ümumi vətənpərvərlik hissiyyatında olduğunu bütün dünyaya sübut etmişdir. Bu günkü günə qədər heç bir ölkə belə bir ordunun sahibi ola bilməmişdir. Mövcud qlobal ziddiyyətlərin güclənməsi nəticəsində dünyanın bir çox ölkələrinin gələcəyi ilə bağlı çox saylı problemlər yaranmışdır. O xalqlar ki ölkəsinin etibarlı təhlükəsizlik sistemini yarada bilmirsə, onlar XXI- 100 illikdə yaşamaq şansını itirəcəkdir. Azərbaycan ordusunun Ermənistan üzərindəki qələbəsi ona müstəqil bir ölkə kimi yaşamaq şansı qazandırmışdır. Bir Azərbaycan kommunisti kimi buna fəxr edirəm. Lakin unutmaq olmaz ki, bu gün müstəqil respublika statusu ilə dünyanın siyasi və iqtisadi həyatında fəaliyyət göstərən sovet respublikalarının keçmiş və indiki vətəndaşları məhz, sovet ordusunun mövcudluğundan yaşamaq və var olmaq şansına nail olmuşlar. biz, kommunistlər, keçmiş tariximizə dəyər verməklə, gələcəyi yeni əsaslar üzərində qurmaq üçün ədalətli mübarizəmizə davam etməliyik. Bu gün sovet ordusunun 105 illik yubileyini Azərbaycan kommunistləri, müstəqil Azərbaycan respublikasının vətəndaşları olaraq qeyd edirlər. Bu yubiley münasibəti ilə bütün kommunistiəri və sosialist təmayüllü Azərbaycan vətəndaşlarını təbrik edirəm. Onlara sülh və əmin-amanlıq şəraitində yaşam tərzi arzu edirəm. Yığıncaqda, kommunistlərdən F.İbrahimov, C.Xəlilov və B.Tağıyev də çıxışlar etmişlər.

AKP Lənkəran rayon təşkilatının rəhbərliyi.