AKP MİK-in Rəyasət heyətinin məlumatı


21.12.2022



Azərbaycan Kommunist Partiyası

Mərkəi İcraiyyə Komitəsi Rəyasət heyətinin

Məlumatı!

 

18 dekabr 2022-ci il tarixdə səhər saat 11- 00-da AKP-nin mərkəzi qərargahında AKP MİK və AKP MNTK-nın birlikdə yığıncağı keçirilmişdir.

Yığıncaqda AKP- nin rayon, şəhər partiya təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Yığıncağın Rəyasət heyətinə AKP MİK sədri Hacı Hacıyev və AKP MNTK-nın sədri əvəzi Süleyman Süleymanov seçilmişlər.

Gündəliyə təkif olunan məsələlər-

1. SSRİ-nin yaradılmasının 100 illiyinə həsr olunan məruzə;

(Məruzəçi - AKP MİK sədri Hacı Hacıyev)

2. AKP MİK Rəyasət heyətinin apardığı bir illik partiya (2022-ci il) işinə dair hesabatı;

(Məruzəçi AKP MİK sədrinin müavini Ələsgər Xəlilov)

3. AKP MİK-in maliyyə vəziyyəti haqqında hesabat;

(Məruzəçi AKP MİK maliyyə komissiyasının sədri Volodya Quliyev) qəbul olunur və məruzələr dinlənildikdən sonra müzakirələrə başlanıldı.

Müzakirələrdə iştirak etdilər: Bəhram Mürşüdov (Qəbələ RT), Yaşar Qarayev (Lənkəran RT), Məzəddin Əyyubov (Nərimanov RT), Həmzət İsmayılov (ZaqatalaRT), Şahin Zülfüqarov (Abşeron RT), Mehdi Şəhriyarlı (Sumqayıt ŞT), Vitaliy Vadulin (Səbail RT), Süleymanov Süleyman (Sumqayıt ŞT).

Məruzədə və məruzələr ətrafında çıxışlarda qeyd olunmuşdur ki, Böyük Oktyabr sosialist inqilabı xalqların əməyini, yaradıcı qüvvələrini, təfəkkürümü, ehtiraslarını köhnə cəmiyyətin, istismar dünyasının buxovlarından azad etdi. İnqilab insanlara, xalqlara həqiqi azadlıq verdi, bir zaman əlifbası olmayan xalqlar belə tez bir müddətdə müasir mədəniyyətin ən yaxşı nailiyyətlərinə yiyələndilər. SSRİ-də sosializm quruculuğu prossesində ölkənin xalqlarının sosialist qardaşlığı meydana çıxmış, 1922-ci ilin dekabr ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) vahid bir məqsəd uğrunda ümumi mübarizədə birləşən xalqların könüllü İttifaqı yaranmışdı. Sosializm SSRİ-nin bütün xalqları üçün siyasi, iqtisadi, mədəni və maddi bərabərlik təmin etmişdi. Bu isə milli məsələnin həlli idi.

Marksizm-leninizm öyrədir ki, tarixin yaradıcıları xalq kütlələri, birinci növbədə bilavasitə ictimai istehsalla əlaqədar olan və öz əməyi hasabına yaşayan zəhmətkeş kütlələridir.

Maddi və mənəvi sərvətləri onlar yaradırlar. Həmin sərvətlər olmadan isə bəşər cəmiyyəti inkişaf edə bilməz.

Marksizm-leninizm cəmiyyətin inkişafında xalq kütlələrinin həlledici rolunu təsdiq etməklə yanaşı, elmi surətdə əsaslandırır: kommunizm quruculuğu vəzifələrinin müvəffəqiyyətlə yerinə yetirilməsi uğrunda fəhlə sinfi başda olmaqla bütün zəhmətkeşlərin mübarizəsi yalnız o zaman müvəffəqiyyət qazanar ki, həmin mübarizə marksizm-leninim nəzəriyyəsi ilə silahlanan Kommunist Partiyasının rəhbərliyi ilə aparılsın.

Partiyanın təşkilatçılıq işi ilə ideya-siyasi işi sıx bağlıdır. Hər bir təşkilatçı adamları inandırmağa və tərbiyə etməyi bacarmalıdır, hər bir təbliğatçı isə təkcə tarixi söyləməklə, mühazirə oxumaqla, söhbət aparmaqla, qarşıya əməli vəzifələr qoymağı deyil, bu vəzifələrin yerinə yetirilməsi üçün kütlələrlə təşkilatçılıq işi aparmağı bacaran olmalıdır.

Eyni zamanda qeyd olunmuşdur ki, deformasiya olunmuş, çirkaba salınmış əxlaqı yenidən saflaşdırmaq, təmizləyib saflaşdırmaq müşkül məsələdir. Minilliklər ərzində formalaşmış, sələflərimizdən bizə miras qalmış mənəvi dəyərləri itirsək, onları yenidən tapmaq mümkün olmayacaqdır.

Həyatımızda saf əxlaqa, təmiz hisslərə yer qoymayan pul hərisliyi, içimizi qurd kimi yeyib insanı-insanlıqdan çıxaran var-dövlət ehtirası getdikcə daha geniş cəbhədə hücuma keçib.

Bazar dövrü bazar əxlaqına-yalana, saxtaya, satqınlığa maneəsiz yollar açıb, əxlaqı tərkisilah edib, əxlaqsızı silahlandırıb.

Yığıncaqda gündəliyin məsələlərinə dair qərarlar qəbul edilmişdir.

 

Hacı Hacıyev

Azərbaycan Kommunist Partiyası MİK sədri