20.01.2023
Azərbaycan Kommunist Partiyası
Mərkəzi İcraiyyə Komitəsi Rəyasər heyətinin
Bəyanatı!
2023-cü ilin yanvar aynın 20-də 1990-cı il yanvar hadisələrinin 33 ili tamam olur.
Hadisələrin ardıcıllığına nəzər salmaq, siyasi xronologiyanı ötəri də olsa təhlil etmək belə bir məntiqi nəticəyə gəlməyə imkan verir ki, bütün bu "gözlənilməz" hadisələr öz məntiqinə görə təbii prosesdən doğmuş, hətta müəyyən ssenri üzrə imkişaf etmişdir.
Dağlıq Qarabağ, qanlı yanvar, azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması, terrorçuluq hadisələri, sərhəd kəndlərimizin raket atəşlərinə tutulması və s. bizi hadisələr burulğanına gətirib çıxarır.
Ümumbəşər problmlərdən biri də milli məsələlərin ortaya atılaraq qonşu xalqları bir-birinə
qarşı qoyub onları vuruşduran Avropanın bəzi dövlətləri və ABŞ öz çirkin əməllərindən əl çəkməmələridir.
Azərbaycan artıq dünyanın nəhənğ dövlətləri ilə bərabərhüquqlu münasibətlər yaratmağa nail olub. Məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın yaxşı yaşaması, sabitliyin təmin edilməsidir.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini Azərbaycan Kommunist Partiyasının üzvləri və partiyanın təəssübkeşləri dərin hüzünlə yad
edirlər!
Hacı Hacıyev
Azərbaycan Kommunist Partiyası
MİK sədri