26.02.2021
Bu ilin 26 fevralında "Xocalı soyqırımı"nın 29 ili tamam olur. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhəri işğal edilmişdi. Şəhərin əhalisinə qarşı soyqırım törədilmişdi. Soyqırımda 63 uşaq, 106 qadın, 70 qoca və qarı, 613 sakin qətlə yetirilib, 8 ailə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirib. Düşmən gülləsindən 76 uşaq olmaqla , 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədəm 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 26 fevral respublikamızda "Xocalı faciəsi" kimi anılır, həmin gün həmvətənlərimizə qarşı cinayət törədənlər lənətlənir.
Dünyanın çoxsaylı ölkələri "Xocalı qətliamı"nı tanıyan sənəd qəbul edib. "Xocalı qətliamı"nı tanıyan ölkələr Pakistan, Sudan, parlament səviyyəsində İndoneziya, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Hersoqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya, Şotlandiya, Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatı "Xocalı qətliamı"nı tanıyan sənəd qəbul edib. "Xocalı faciəsi" insanlıq əleyhinə erməni qəsbkarlarının törətdiyi ən böyük qətliamlardan biridir. "Xocalı soyqırımı"nın 29-cu ildönümünü ötən illərdən fərqli olaraq Xocalı şəhidlərinin qanı alındığı üçün ağrı-arımızla bərabər müəyyən təskinliklə qeyd olunacaq, Bu ilki tədbirlər həm respublika daxilində, həm də xarici ölkələrdə olan diasporlar, cəmiyyətlər tərəfindən səviyyəli təşkil olunacaq.
Siyasi partiya olaraq qəbul etdiyimiz Bəyanatın məqsədi XX əsrin sonunda Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımı hadisəsini dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etmək məqsədlidir. Xocalının işğaldan azad olunacağını, qisasımızın alımacağını azərbaycan xalqı səbirsizliklə gözləyirdi. Respublikamızın Ali Baş Komandanının rəhbərliyi, Azərbaycan Silahlı Qüvvələrinin şücaəti və xalqımızın birliyi əzmi sayəsində bu qisas alındı, torpaqlarımız işğalçılardan azad olundu. "Xocalı soyqrımı"nın 29-cu ilini qalib dövlət, zəfər qazanmış xalq kimi qeyd edəcəyik.
Hacı Hacıyev Azərbaycan Kommunist Partiyası MİK sədri 24. 02.2020.