04.11.2022
Azərbaycan Kommunist Partiyası
MİK Rəyasət heyətinin Müraciəti!
27 sentyabr tarixini xalqımız artıq ikinci ildir şəhidlərimizin xatirəsinə anım günü kimi qeyd edir. Bizə Zəfər bəxş etmiş bütün igid oğullarımıza minnətdarlığımızı bildiririk. Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.
Qərbin və ABŞ-ın azğın-qudurğan, işğalçı- müstəmləkəçi, faşist-nasist təfəkkürlü prezidentlərinin, kral və hersaqlarının müharibə hərisliyindən onların çəkindirilməsinə dünya xalqlarının ayıq-sayıqlığı son qoya bilər.
Müharibə ölüm-qandır, sevinc- şadlıqları qaralayan ahdır-amandır. Dağıdılan insan məsgənləridir. Bədbəxtliyə düçar ailələrdir. Qaçqınlıq-köçkümlük-dİdərginlikdir, yoxsulluq-kasıbçılıq-dilənçilikdir, atasız- anasız qalmış körpə uşaqlardır, əxlaq və mənəviyyatın iflasıdır.
Dünya yenə fəlakətlə, soyuq silahlarla, qanadlı-qanadsız raketlərlə üz-üzədir, bəzi Avropa dövlətlərinin və ABŞ başçıları dünyanı müharibəyə sürükləyirlər.
Bu gün dünyada baş verən siyasi hadisələri izləyəndə açıq-gizlin gedən oyunların məqsəd-məramının respublikamızdan da yan keçmədiyini görürük.
Ermənistan hakimiyyətinin atdığı addımlar, erməni diasporunun, ermənipərəst dövlətlərin yürütdüyu məkrli siyasi gedişlər mütəmadi olaraq müharibə ocağı yaratmaq istəkləri göz önundədir.
44 günlük müharibədə Rəşadətli Ordumiz tərəfindən çökdürülmüş erməni ordusu yenidən silahlanır və bununla yanaşı ərazilərimizə silahlı basqınlarını davam etdirir. Düşmən imzalanan üçtərəfli bəyanatın şərtlərindən daha çox özünün məkrli siyasətini yeritməyə hesablanmış pozucu addımlarını atır.
Ermənistan hələ də Qarabağın dağlıq hissəsini geri qaytarmaq ümidi ilə tez-tez təxribatlar törədir. Məğlubiyyətlə barışmayan və bunu müvəqqəti hesab edən qüvvələr - bəzi Avropa dövlətləri, ABŞ var və onlar da müxtəlif vasitələrlə həm Azərbaycana təzyiq göstərmək, həm də müharibəni yenidən alovlandırmaq yolunu tutublar.
ABŞ-ın tarixi qanlı səhifələrlə doludur. Onlar başqa ölkələrin ərazilərinə soxularaq vətəndaş müharibələri aparmış, dövlət çevrilişləri təşkil etmiş milyonlarla adamı qətlə yetirmişlər. Çoxsaylı ölkələri uzun müddət müstəmləkə əsarətində saxlayaraq əhaliyə qan uddurmuşlar.
Bütün bu naqisliklərə malik ABŞ-ın siyasi rəhbərliyinə nökər ruhlu bəzi dövlətlərin aciz rəhbərləri ABŞ-a olan sevgilərindən hələ də əl çəkmirlər.
Ermənistan kənardan - ABŞ-dan və Fransadan idarə edilən bir qrupun əlindədir. Həmin qrup da dövlətin, erməni-xalqının deyil, öz şəxsi istəyindən çıxış edir.
Dünyanın siyasi mənzərəsi yenidən digər münasibətlərlə yanaşı milli münasibətlərin də pozulması milli eksterimizmin sürətlə inkişafına səbəb olur.
İqtisadi, siyasi və ekoloji böhranlar cəmiyyətdə yaranmış sağlam münasibətlərə ciddi zərbə vurmaqda davam etdirilir və humanist təmayüllər, insanlar arasındakı mehribanlıqlara zərbələr endirilir. Ekstremizmə xas olan xüsusiyyətlər çox, şeyi süpürüb aparır.
Problemlərin təəssübkeşləri, havadarları və himayədarları, hətta onu maliyyələşdirənlər də yavaş-yavaş üzə çıxırlar.
Tarixi təcrübədən bir şey yaxşı məlumdur ki, milli ədavət heç kəsə xoşbəxtlik gətirməyib.
Böyük ərazi iddiaçıları da, onların siyasətinə havadarlıq edənlər də son nəticədə bəşəryyət qarşısında mühakimə olunurlar.
2020-ci ilin sentiyabrında erməni siyasi qüvvələrinin ərazilərimizə yenidən təşkil etdirdikləri silahlı basqınından sonra Rəşadətli Ordumuzun işğal olunmuş ərazilərimizi azad etməsi hadisələri də göstərdi ki, başqalarının fitvasına uyub, siyasət oyununa girən, qonşuların torpağını, tarixi abidələrini mənimsəməklə "Böuük Ermənistan" yaratmaq istəyən erməni millətçiləri həmişə iflasa uğramışdır. Onların indiki siyasəti də kor siyasətidir. Kor siyasətlə əllərini insan qanına boyayanlar tarixdə qanlı izlər qoymuşlar.
Ermənilərin ərazi iddiaları çoxdankı arzularıdır, həmin arzuları vaxtaşırı dirçəldən cəfakeş "xadimlər" var. Tarixən ermənilərin beyninə yeridilmiş və artıq yoluxucu mikroba çevrilmiş "böyük dövlətçilik", "tarixi qədimlik", "əzabkeş görünmək" kimi zərərli fikirlərdən beynəlxalq imperializm şox məharətlə istifadə edib və edir.
Ermənilərin ərazi iddiaları uğrunda başladıqları üsyanların heç biri sadə xalqın içərisində yetişməyib. Onu xaricdən gah ABŞ - da, gah Fransada, gah İngiltərədə hazırlanan təxribatçılıq planları ustalıqla ermənilərin rahat yaşadıqları ərazilərə gətirilib.
Erməni millətçiləlinin müxtəlif uydurmalarını tarixi fakt kimi qələmə verilməsi tarixdə çoxdan bəllidir. Akademik B. Piotrovskinin, İ. Dyakonovun, onlardan əvvəl A. Çavçavadzenin, Mayevskinin, Veliçkonun və başqalarının əsərlərində ermənilərin ərazi iddiası ilə öz tarixlərini zorla qədimləşdirmələrindən tutarlı şəkildə bəhs edilmişdir.
Erməni millətçilərinin bu məsələyə təhrik olunması da əslində təzə hadişə deyil. Milli ədavət və ixtilaflar, o cümlədən erməni- türk, erməni - kürd, erməni- azərbaycanlı, erməni- gürcü ədavətləri həmişə xarcdə hazırlanıb və bu ədavətlər heç də birgə yaşayış problemlərindən doğmayıb. Bunlar həmişə xarici siyasətin, diplomatiya oyunlarının nəticəsi olub. Bu ədavətdən vaxtilə siyasi məqsədlər üçün İngiltərə, Fransa, Almaniya, ABŞ məharətlə istifadə edib.
Artıq erməni millətçilərinin genosid haqqında əsassız iddiaları təhlil edilir, dünya ictimaiyyəti bu uydurmaları təkzib edir. ABŞ alimi C. Makkarti "Erməmi soyqırımı: həqiqətlər, müəmmalar" adlı kitabında elmi dəlillərlə ermənilərin uydurmalarının yalan olduğunu sübuta yetirir. Necə deyərlər, həyat hər şeyi üzə çıxaracaq, hər şeyi faktlar göstərəcək. Faktlar onu da göstərəcək ki, düşmən fitvalarına aldanan, yağlı vədlərə satılan erməni millətçiləri mehriban tarixi qonşuları olan azərbaycanlılara qarşı necə genosid siyasəti həyata keçirmişlər. Əslində erməni millətçiləri böyük bir siyasətin iştirakçılarına çevrilmişlər. Azərbaycanlılara, türklərə qarşı yeridilən genosid siyasətinin müəllifləri başqaları, icraçıları isə erməni millətçiləri olmuşlar. Tarix bunu göstərir və sübut edir.
Qərb dövlətləri vətən müharibəsində qazandığımız böyük qələbədən sonra ölkəmizin tam fərqli yeni dövrə qədəm qoyduğunu görür və buna qarşı Türkiyə ilə Rusiyanı qarşı-qarşıya gətirməyə çalışır. Fransa anti-türk, anti-islam siyasəti yeridir, İkinci Qarabağ müharibəsində də Ermənistanın yanında olduğunu bildirərək, Azərbaycana qarşı çıxdı. Türkiyə həmişə olduğu kimi, Azərbaycanın yanında oldu. Fransa da Türkiyənin Qafqazda güclənməsini qəbul edə bilmədiyi üçün anti-Azərbaycan mövqeyini tutdu. Lakin bu faydasız oldu.
Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın öz torpaqlarını geri qaytarması üçün bəyanat imzalandı. Dünya dövlətləri türkün gücünü tanıdı.
Çar Rusiyasının süqutunun ardınca keçmiş İrəvan xanlığının (sonrakı İrəvan quberniyasının) ərazisində erməni dövləti yaradılmışdır. Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Qərbi Zəngəzur, Dərələyəz mahalı, Qazax qəzasının dağlıq hissəsi və digər yerlər Ermənistana verilmiş nəticədə onun ərazisi 9 min kvadratkilometrdən 29,8 min kvadratkilometrə çatdırılmışdır.
Ermənistan ərazisində qalan ata-baba torpaqlarında elliklə yaşayan yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində sayı onlardan dəfələrlə az olan ermənilər üçün 1923-cü ildə qondarma "Dağlıq Qarabağ Muxtar Vilayəti" təşkil edilmişdir.
Beləlıklə, erməni şovinistlərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün meydan açılmış, Cənubi Qafqazda baş verəcək yeni facilərin əsası qoyulmuşdur.
1948 -1953 - cü illərin zorakı deportasiyaları nəticəsində Ermənistan SSR-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların əmlakı talan edilmişdir.
1991-ci ilsə Sovet İttifaqının süqutundan sonra geniş miqyas aımış işğalçılıq müharibəsinin gedişində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon- Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş, on minlərlə soydaşımız yaralanmış və əlil olmuşdur, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salınmışdır.
2016-cı ilin aprel ayının əvvəllərində Ermənisran silahlı qüvvələrinin törətdiyi təxribat sülh prosesinə ciddi zərbə vurmuşdur.
Azərbaycan Silahlı Qüvvələri əhalinin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olmuşlar. Dörd gün davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmışdır.
Təəssüf ki, 2016-cı ilin Aprel döyüşlərindən dərs almayan Ermənistan rəhbərliyi pozuculuq hərəkətlərindən əl çəkməmişdir. 2018-ci ilin aprelində Ermənistanda baş verən "məxməri" inqilabdan və hakimiyyət dəyişikliyindən sonra Azərbaycana qarşı təxribatlar daha geniş vüsət almışdır.
Ermənistan rəsmiləri öz bəyanatları və davranışları ilə sübut etmişlər ki, bu dövlət nəinki işğal altında olan əraziləri qaytarmağa hazırlaşmır, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etmək niyyəti güdür.
Erməni siyasilərinin məsuliyyətsiz davranış və bəyanatlarına beynəlxalq təşkilatlar, eləcə də işğalçını sülhə sövq etməli olan Minsk qrupunun həmsədr ölkələri tərəfindən heç bir münasibət bildirilməməsi Ermənistan Respublikasının daha çox əl - qol açmasına gəririb çıxarmışdır. 2020-ci ilin iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriya atəşinə tutmuş, 2020-ci ilin avqistun 23-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Göranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya- kəşfiyyat qrupu təxribat törətməyə cəhd etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən görülən tədbirlər nəticəsində təxribatın qarşısı alınmış, təxribat qrupunun başçısı yaxalanmışdır.
Azərbaycan Ordusundan aldığı qüvvətli zərbələrdən lazımi nəticələr çıxarmayan Ermənistan millətçi siyasi rəhbərliyi 2020-ci il sentyabrın 27-də növbəti planlaşdırılmış təxribata əl atmışdır. İşğalçı ölkənin silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutmuşlar. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar olmuşlar. Düşmənin hücumunun cavabında Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinə uyğun özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən əməliyyat gedişində möhtəşəm qələbələr əldə etdi, dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışdır.
Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu dərk edən düşmən məğlibiyyətini etiraf edərək diz çökmüşdür.
Azərbaycan hazırda qalib və güclu tərəfdir. Artıq Azərbaycan özünun bürün şərtlərini Ermənistana qəbul etdirməyi bacarır. Sülh müqaviləsi bütün hallarda imzalanacaq və bu, Ermənistanın arzusu, istəyi ilə bağlı məsələ deyil. Paşinyan istəməsə, zaman uzatsa, prosesi gecikdirsə belə həmin müqavilə imzalanacaq. Hələlik onu normal şəkildə başa salmağa çalışırlar. Paşinyan və onun tərəfkeşlərini hakimiyyəti itirmək təhlükəsi və Sorosa nə cavab verəcəklər fikri rahat buraxmır. Elə buna görə də vaxtı uzatmaqda maraqlıdırlar.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını təqdim etmişdir.
Tarixi kökləri eyni olan Azərbaycanın və İranın son dövrlər münasibətlərindəki pərdəarxası narazılıqlar, üzdə isə dostluq-qardaşlıq kimi görüntülər, rəsmi hökumət nümayəndələri arasında əməkdaşlıqdan, iqtisadi əlaqələrin iinkişafından danışılması, konkret layihələrin icrası barədə qərarların qəbul edilməsi onu deməyə əsas verir ki, tərəflər gərginlikdə maraqlı deyillər. Məsələn, Naxçıvana İran ərazisindən yolun çəkilməsi, hər iki ölkənin ərazisində iqtisadi zonaların təşkil edilməsi, yük avtomobilləri üçün parkların salınması, İran ərazisindən Azərbaycana keçən qaz layihəsinin nizamlanması və s. razılaşmalar aiddir. Bütün bunlarla yanaşı İran gözlənilməz, arzuolunmaz addımlar atır. İran Qafanda konsulluq açmaq, sərhəddə hərbi təlimlər keçirmək kimi tədbirləri bizim ölkəmiz üçün qəbulolunmazdır. Azərbaycan və İran arasında anlaşılmamazlıqların yaranması Ermənistanın xeyrinə olar, bu isə heç yolverilməzdir. İran rəsmilərinin qonşuluq münasibətlərinə hörmətlə yanaşacaqlarına ümid edirik.
Vətən müharibəsi Azərbaycan gəncləri üçün böyük bir sınaq oldu. Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən gənclərimiz böyük birlik nümayiş etdirdilər və Vətən müdafiəsinə qalxdılar.
Vətən müharibəsi göstərdi ki, gənclərimiz dövlətə sədaqət , Vətənə sevgi ruhunda tərbiyə alıblar və hər zaman mütəqilliyimizin, suverenliyimizin, dövlətçiliyimizin keşiyində ləyaqətlə dayanacaqlar.
Respublikamızın siyasi, iqtisadi addımları ölkənin ərazisinin müdafiəsini gücləndirilməsi, əhalinin güzaranının yaxşılaşdırılması yollarının axtarılması, sülh şəraitində və təminatlı şəkildə ölkə əhalisinin yaşamasına lazımi şəraitin yaradılması üçün tədbirlərin görülməsi respublika hökumətin ən ümdə vəzifəsidir.
Xalqımız 8 noyabrı tarixini zəfər, qələbə günü kimi qeyd edir.
Azərbaycanın səlnaməsinə qızıl hərflərlə həkk olunmuş qələbəmiz, bu böyük zəfər xalqımızın sarsılmaz iradəsinin, birliyinin və şücaətinin bariz nümunəsidir. Vətənimizin bütövlüyü və müstəqilliyi yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini daim dərin hörmət və ehiriramla yad etməliyik.
Müharibə iştirakçıları, əmək və silahlı qüvvələr veteranları milli-mənəvi dəyərlərimizə hörmət baxımından bugünkü Azərbaycan gəncliyinə örnəkdir.
Xalqımız inanır ki, uzun illər ərzində ölkəmizin müstəqilliyi və təhlükəsizliyi üçün böyük təhdid mənbəyi olmuş Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan Respublikası daha yüksək sürətlə inkişaf edərək, qüdrətli dünya dövlərlərindən birinə çevriləcəkdir.
Azərbaycan Kommunist Partiyası MİK Rəyasət heyəti Şanlı Qələbəmizin ikinci ildönümü münasibəti ilə xalqımızı təbrik edirik! İnanırıq ki, Azərbaycanın sülh sazişi tələbi tezliklə öz həllini tanacaq, ölkəmizin bölgəyə gətirdiyi yeni nəfəs, dayanaqlı sülhə və regionun hərtərəfli inkişafına xidmət edəcək "Böyük Qayıdış" proqramı işğal olunmuş ərazilərdə yerinə yetiriləcək.
Eşq olsun Azərbaycan respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna
Yaşasın Azərbaycan xalqı!
Qarabağ Azərbaycandır!
Azərbaycan Kommunist Partiyası MİK sədri: Hacı Hacıyev