Nərimanov rayon təşkilatının tədbiri haqqında


10.09.2020



Azərbaycan KP Nərimanov rayon təşkilatının 9 sentyabr 2020-ci il tarixdə partiyanın mərkəzi qarargahında növbəti yığıncağı keçirilmişdir.

Yığıncağa AKP MİK sədri Hacı Hacıyev dəvət olunmuşdur.

Yığıncaq AKP-nin növbədənkənar VIII qurultayının qərarlarının yerinə yetirilməsində rayon təşkilatının təşkilatlanma prosesində vəzifələrini müzakirə etmiş və qərar qəbul etmişdir. Qurultayın qərarlarının yerinə yetirilməsinə bilavasitə yardımçı olacaq tədbirlər planı layihəsinin hazırlanması və müzakirəyə çıxarılmasına dair təklif bəyənilmişdir. Tədbirlər planının hazırlanması AKP-nin Nərimanov rayon partiya təşkilatının Təşkilat komissiyasına həvalə olunmuşdur.

AKP MİK Rəyasət heyəti