Ramiz Əhmədov - 81


07.03.2020



Azərbaycan KP

Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətində

6 mart 2020-ci il tarixdə AKP MİK mərhum sədri Əhmədov Ramiz Haşım oğlunun anadan olmasının 81-ci ili münasibəti ilə yığıncaq keçirilmişdir. Kommunist Partiyasının mübariz sıralarında şərəfli və ibrətamiz həyat yolu keçmiş, Lenin ideyalarının təntənəsi uğrunda yorulmaq bilməyən mübariz kommunist olmuş Ramiz Əhmədov 1991-ci ilin sentyabr ayında respublikada fəaliyyəti dayandırılan partiyanın bərpa olunmasında təşkilatçılardan biri olmuşdur.

Kommunist Partiyasının Lenin yolu ilə işinin davam etdirilməsində və sıralarına yenidən dönməz, iradəli partiya üzvlərini dəvət edərək möhkəmlətmək və intizamlı birliyə nail olunması üçün əlindən gələni etmişdir. O, inanırdı ki, məqsədə çatmaq üçün - sinifsiz sosializm cəmiyyətini yenidən qurulması işində kommunistlər təşkilatlanmada əzmkarlıq göstərəcəklər.