30.12.2020
Azərbaycan Kommunist Partiyası MİK Rəyasət heyətinin Təbriki!
Hörmətli partiya üzvləri! Sizi Yeni 2021-ci il münasibəti ilə təbrik edirik! Yeni il insanların gələcəyə inamlı baxışıdır. İnsanların qəribə təbiəti var. Onlar özlərinə inanır və qarşıya qoyduqları arzularını yerinə yetirmək üçün cəsarətlə çalışırlar. Kommunistlər nəyin arzusu ilə yaşadıqlarını bilirlər, ona görə də onu yaşadan və gələcək mübarizəyə səsləyən böyük amal uğrunda mübarizəni dayandırmırlar. 2020-ci ildə mütərəqi ideya ətrafında sıx birləşən xalqımız qarşıya qoyduğu məqsədə-işğal olunmuş ərazilərimizin azad olunmasına 44 gün ərzində nail oldu və Ermənistanı hərbi kapitulyasiya barədə sənədi imzalamağa məcbur etdi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan hərbi-vətənpərvərlik təbliğatı və sosial müdafiə tədbirləri cəmiyyətdə orduya yüksək etimad və rəğbəti təmin etdi. Kommunistlər əmindirlər ki, 2021-ci il tarixi qələbədən sonrakı il kimi respublikamız üçün sürətlə inkişaf ili olacaq. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni - 2021-ci il xalqımızın və partiya üzvlərimizin bayramı mübarək olsun!
Hacı Hacıyev Azərbaycan KP MİK sədri