17.11.2022
İran rejimi erməni siyasi millətçilərinin müdafiəsi üçün 40 milyonluq Güney Azərbaycanlılarının hüquqlarını tapdalayır. Güney azərbaycanlılarının istəyi ondan ibarətdir ki, öz müqəddaratlarını ələ alsınlar. Artıq iki aydır ki, İranda etirazlar davam edir və etiraz edənlər bunu inqilab adlandırırlar. Bu hərəkatın başlanmasına səbəb hicaba görə əxlaq polisi tərəfindən bir qadının öldürülməsi oldu. Aksiya iştirakçıları ictimai, iqtisadi,siyasi və digər tələblər səsləndirərək açıq şəkildə bəyan edirlər ki, mövcud rejimi istəmirik.
İranda qadınlar daha çox şiddətə məruz qalırlar. İranda qadınlarla bağlı məsələ İslam Respublikası yaranandan sonra böyük problemə çevrilib. Molla rejimi elə hesab edirdi ki, qadınların geyimlərinə nəzarət etməklə ictimaiyyətə nəzarət edəcəklər. Qadınlar müxtəlif formada öz etirazlarını bildirirdilər. İranda birinci qadın etirazı İslam Respublikasına qarşı 1980-ci ilin 8 mart- Beynəlxalq Qadınlar günündə baş vermişdi.
Azərbaycanın vətən müharibəsində qazandığı tarixi qələbədən sonra sözün həqiqi mənasında Cənubi Qafqazın geosiyasi mühitinə yenilik gətirib. Bu qələbənin siyasi, təhlükəsizlik və hərbi əks-sədası regional və qlobal miqyasda da öz ciddiliyini saxlayır.
Böyük güclər indi oyunlarının yeni mərhələsinə keçid edirlər.
Ötən əsrin 90-cı illərindən Azərbaycanın müstəqilliyi Qərbin enerji təhlükəsizliyi və geosiyasi maraqlarını təmin edəcək çərçivədə müəyyən edilib. Bu isə o deməkdir ki, 90-cı illərdə olduğu kimi Amerika və Qərbi Avropa Azərbaycanın müstəqilliyinə öz maraqları dairəsində baxırlar.
Ötən əsrin 90-cı illərində Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən "907-ci düzəliş"i qəbul edənlər indi də Ermənistanı müxtəlif üsullarla müdafiə etmələri təsdiqlənir. Onların maraqları Azərbaycanın suveren və müstəqil olması deyil, Qərbin maraqlarına cavab verdiyi səviyyədə "müstəqil" olması qane edir.
İranın marağı daha çirkindir. İran müsəlman ölkəsinə qarşı daha pis mövqedədir. İran siyasi rəhbərliyi bir daha sübut etdi ki, antiislam xarakterli hakimiyyətdir və erməni haqsızlığını müdafiə etmək niyyətindədir.
30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verir.
Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir.
İran İslam Respublikası Azərbaycan sərhədinə qoşun yığır, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlir.
Riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur. Məqsədyönlü və açıq təxribatları davam etdirərək, eyni zamanda özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışır.
İran İslam Respublikası ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, əhalisinin böyük hissəsi, 30 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb.
Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində bu ərazilərdə bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər dağıdılıb, təbii sərvətə ölçüyəgəlməz zərər vurulub. Tehranın 30 ilə yaxın bir müddətdə erməni işğalında olan Azərbaycan ərazilərinin talan olunmasında birbaşa iştirakı heç kimə sirr deyil. İşğalçı ölkə olan Ermənistan Qarabağda sökdüyü evləri tikinti materialları kimi İrana satırdı. Meşələrin qırılması və onların İrana daşınması da hər kəsə bəlli idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışında qeyd etmişdir ki, “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələdir... Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.
Cənubi Qafqazda geosiyasi mənzərəni yenidən risklərə və qeyri-müəyyənliyə sürükləmək niyyətində olanlar vardır. Onlar öz mənfur oyunlarını davam etdirməyə çalışırlar.
Lakin artıq regionun geosiyasi lideri mövcuddur- Azərbaycan!
Azərbaycan bütün imkanları ilə bu dağıdıcı tendensiyanın qarşısını alacaqdır.
Qafqazda erməni silahlı dəstəsi qalmayacaq! Zəngəzur dəhlizi açılacaq! Sərhədlərin delimitasiyası və demarkasiyası baş tutacaq! Ermənistan rəhbərliyi hələlik manipulyasiya etməyə çalışdığı sülh müqaviləsini zorla da olsa imzalayacaq!
Hacı Hacıyev
Azərbaycan Kommunist Partiyası
MİK sədri
15.11.2022-ci il.